ABŞ-də qəzaya uğrayan təyyarədə Rusiya vətəndaşları da olub - Peskov
"Vaşinqtonda qəzaya uğrayan təyyarənin göyərtəsində rusiyalı fiqurlu konkisürənlər və digər vətəndaşlar olub".
Redaktor.az xəbər verir ki. bunu Kremlin söçüsü Dmitri Peskov təyyarədə keçmiş rusiyalı fiqurlu konkisürənlərin olması ilə bağlı yayılan xəbərlərə münasibət bildirərək deyib:
“Təəssüf ki, bu kədərli məlumatın təsdiqləndiyini görürük. Digər soydaşlarımız da təyyarədə olub", - deyə o bildirib.
Yanvarın 29-da axşam saatlarında Bombardier CRJ700 sərnişin təyyarəsi və Black Hawk hərbi helikopteri Vaşinqton şəhərinin mərkəzindən 10-15 dəqiqəlik məsafədə Ronald Reagan Milli Hava Limanı yaxınlığında havada toqquşub. Təyyarə 60 sərnişin və dörd ekipaj üzvünü daşıyan Kanzasdan American Airlines reysini həyata keçirirmi. Helikopterdə isə ən azı üç hərbçi olub. Toqquşmadan sonra təyyarə Potomak çayına düşüb. Bildirilir ki, azxtarış-xilasetmə işləri zamanı çaydan ən azı 19 cəsəd çıxarılıb, sağ qalanlar yoxdur.
Məlumatına görə, təyyarədə ABŞ-ın yeniyetmə fiqurlu konkisürmə komandasının üzvləri olub. Bu idmançılar arasında rusiyalı fiqurlu konkisürənlər Yevgeniya Şişkova və Vadim Naumov da olub.
Vasif ƏLİHÜSEYN