Aİ-nin "durbinçi"ləri daha iki il sərhəddən boylanacaqlar
Avropa İttifaqı Şurası Ermənistanda Aİ-nin monitorinq missiyasının müddətini uzadıb.
Redaktor.az "Sputnik Armenia"ya istinadla xəbər verir ki, bu barədə müvafiq sənəddə deyilir.
Missiyanın mandatı 2027-ci il fevralın 19-dək, büdcəsi 44 milyon avro olmaqla iki il müddətinə uzadılıb.
Xatırladaq ki, Aİ-nin uzunmüddətli missiyası 2023-cü il fevralın 20-də 2 il müddətinə Ermənistanda yerləşib və ilkin olaraq 100 nəfərdən ibarət olub. 2023-cü ilin dekabrında Aİ missiyanın 209 nəfərə (əvvəlki 138 əvəzinə) genişləndiriləcəyini elan edib. 2024-cü ilin martında Ermənistan parlamenti Avropa İttifaqı ilə Aİ missiyasının statusu haqqında sazişi ratifikasiya edib. Bu saziş müşahidəçilərə toxunulmazlıq və imtiyazlar, o cümlədən həbsdən immunitet verir.
Turan İSMAYIL