Ard-arda dörd elektron siqaret çəkən 12 yaşlı məktəbli qız öldü

 19:18 30.01.2025     82

Rusiyanın paytaxtı Moskva yaxınlığındakı Voskresensk şəhərində 12 yaşlı məktəbli qız ard-arda dörd elektron siqaret çəkib və ölüb.
 
Redaktor.az
xəbər verir ki, bu barədə "Mash" teleqram kanalı məlumat verib.

Kanalın məlumatına görə, ana evə qayıdanda qızın nəfəs almadığını görüb. Ananın diqqətini qızın yanında bir neçə elektron siqaret olması çəkib. Valideyn təcili yardım çağırsa da, qızı xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı araşdırma başlayıb. Azyaşlının heç bir xroniki xəstəliyi olmadığı məlum olub.

Bundan əvvəl, Ulan-Udedə siqaret çəkdikdən sonra tualetdə həyat əlamətləri olmayan məktəbli qızın tapıldığı bildirilmişdi. Hadisə ilə bağlı cinayət işi açılıb.

BƏNÖVŞƏ