Hakan Fidan niderlandlı həmkarı ilə görüşdü

 21:12 30.01.2025     86

Türkiyənin xarici işlər naziri Hakan Fidan, Niderlandın xarici işlər naziri Kaspar Veldkamp ilə telefon danışığı aparıb.

Redaktor.az xəbər verir ki, görüşdə Suriya və Qəzzədəki vəziyyət müzakirə olunub.

Türkiyə Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Fidan və Veldkamp arasında baş tutan telefon danışığında ikitərəfli münasibətlər və Türkiyə-Avropa İttifaqı (Aİ) əlaqələri də qiymətləndirilib.

Kənan YUSİF