Avropa Mərkəzi Bankı faiz dərəcəsini endirdi
Avropa Mərkəzi Bankı (AMB) uçot dərəcəsini 25 baza bəndi azaldaraq 2,90%-ə endirib. Depozit faiz dərəcəsi də eyni nisbətdə azaldılaraq 2,75%-ə düşürülüb.
Redaktor.az xəbər verir ki, AMB marjinal maliyyələşdirmə faizini isə 3,15%-ə endirib. Bankın açıqlamasında monetar siyasətin məhdudlaşdırıcı qalacağı vurğulanıb.
AMB son faiz endirimlərinin şirkətlər və fərdi borcalanlar üçün kredit götürməyi daha əlverişli hala gətirdiyini bildirib.
Faiz azaldılması fonunda Avropa birjalarında yüksəliş müşahidə olunur.
Kənan YUSİF