Fransa Çaddakı son hərbi bazasını orduya təhvil VERDİ

 22:25 30.01.2025     82

Fransa, Çaddakı son hərbi bazasını da yerli orduya təhvil verərək ölkədəki hərbi varlığına tamamilə son qoydu.

Redaktor.az xəbər verir ki, Çad Silahlı Qüvvələr Baş Qərargahından verilən açıqlamada, paytaxt Əncəminədə yerləşən Adji Kossei bazasının Fransız hərbçilərindən alındığı bildirilib.

Açıqlamada bildirilib: “Bu təhvil prosesi, Prezident Məhəmməd İdris Debi İtno və Çad xalqının tələblərinə uyğun olaraq həyata keçirilib".

Qeyd edək ki, Çad hökuməti 28 noyabr 2024-cü ildə Fransa ilə hərbi əməkdaşlıq sazişini ləğv etdiyini açıqlamış, ardından Fransız hərbi qüvvələrinin ölkədən çıxarılması prosesi başlamışdı.

Fransa ordusu daha əvvəl 26 dekabrda Faya, 12 yanvarda isə Abeşe hərbi bazalarını Çad ordusuna təhvil vermişdi.

Kənan YUSİF