Qəssam Briqadaları liderlərinin öldüyü təsdiqləndi

 22:31 30.01.2025     90

HƏMAS-ın silahlı qolu İzzəddin əl-Qəssam Briqadaları, lideri Məhəmməd əd-Dayfin həyatını itirdiyini təsdiqləyib.

Redaktor.az xəbər verir ki, təşkilatın sözçüsü Əbu Ubeydə verdiyi açıqlamada, Dayfin yanı sıra Qəssam Tugayları Hərbi Şurasının üzvlərindən Mərvan İsa, Qazi Əbu Tamah, Raid Sabit, Rafi Səlame, Əhməd əl-Qandur və Əymən Növfənin də öldüyünü bildirib.

Əbu Ubeydə, Dayfin nə vaxt və necə öldüyünə dair detallı məlumat verməyib.

Qeyd edək ki, İsrail ordusu 1 avqust 2024-cü ildə Dayfin öldürüldüyünü açıqlamışdı.

Kənan YUSİF