Tramp Administrasiyası FTB rəhbərliyini təmizləməyə başlayır

 10:14 31.01.2025     61

ABŞ Prezidenti Donald Tramp administrasiyası FTB-də təmizləmə işlərinin başlamasını tapşırıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Washington Post" öz mənbələrinə istinadən yazır.

Məlumata görə, adminstrasiya bir neçə yüksək rütbəli məmuruna istefa verməyi əmr edib.

Nəşr qeyd edir ki, istefa və ya təqaüdə çıxmaq barədə bildiriş alan rəhbər işçilər arasında bir neçə icraçı direktor köməkçisi - cinayət və milli təhlükəsizlik araşdırmalarına nəzarət edən menecerlər, eləcə də ölkə daxilində işləyən yüksək səviyyəli agentlər var.

Qeyd olunur ki, işçilərin bəziləri hələ pensiya yaşına çatmayıb, yəni işdən çıxmağa məcbur edilməsəydilər, ala biləcəkləri müavinətlərdən məhrum ola bilərlər.

Türkan İSGƏNDƏRLİ