Danimarka xalqı ABŞ-ni ölkə üçün böyük təhlükə hesab edir
Danimarka vətəndaşlarının təxminən yarısı Birləşmiş Ştatların krallıq üçün çox böyük təhlükə yaratdığını bildiriblər.
Redaktor.az xəbər verir ki, bu barədə "YouGov" sorğu keçirib.
Sorğuya görə, Respondentlərin 46 faizi ABŞ-ni Danimarka üçün “çox böyük” və ya “olduqca böyük” təhlükə hesab edir. Eyni zamanda, respondentlərin yalnız 44 və 40 faizi müvafiq olaraq Şimali Koreya və İranı ölkəyə təhlükə görür.
Sorğuda iştirak edən danimarkalıların 78 faizi Qrenlandiyanın ABŞ-yə satılmasının əleyhinədir.
Yanvarın 24-də ABŞ Prezidenti Donald Tramp Danimarkanın baş naziri Mette Frederiksenə zəng edərək ondan Qrenlandiyadan imtina etməyi tələb edib. Mənbələrin bildirdiyinə görə, siyasətçilərin söhbəti son dərəcə pis keçib.
Türkan İSGƏNDƏRLİ