Macarıstan Rusiyayaya söz verdi

 11:40 31.01.2025     58

Avropa Komissiyası bu ölkəyə enerji təhlükəsizliyinə zəmanət verməsə, Macarıstan Rusiyaya qarşı sanksiyaların uzadılmasına icazə verməyəcək.

Redaktor.az xəbər verir ki, Macarıstanın baş naziri Viktor Orban Aİ-nin qərarına veto qoyacağını vəd edib.

Avropa ölkəsinin nümayəndəsi bildirib ki, Rusiyaya tətbiq edilən məhdudiyyətlər bütün cəmiyyətin iqtisadiyyatına ziyan vurur və o, Brüsseldə icma ölkələrindən olan həmkarları ilə görüşlərdə bu məsələni daim qaldırır.

“Macarıstanın marağı ondan ibarətdir ki, sanksiyalar aradan qaldırılsın, çünki biz üç il ərzində bu sanksiyalara görə 19 milyard avro itirmişik”.

Türkan İSGƏNDƏRLİ