HAMAS daha 3 israilli girovu azad EDƏCƏK
HAMAS daha 3 israilli girovu sabah azad edəcək.
Redaktor.az “Jerusalem Post”a istinadən xəbər verir ki, HAMAS girovları Yarden Bibas, Ofer Kalderon və Keith Samuel Siegel-i şənbə günü Qəzza əsirliyindən azad ediləcəyi gözlənilən üç girov kimi adlandırıb.
Bundan əvvəl Baş Nazirlik İsrailin azad edilməli olan girovların siyahısını aldığını bildirib.
Siyahı Qətərin Baş naziri Məhəmməd bin Əbdülrəhman Əl Tani tərəfindən Mossad rəhbəri David Barneaya təhvil verilib.
Cümə axşamı Arbel Yehud və Gadi Mosesin azad edilməsi zamanı baş verən xaotik səhnələrdən sonra İsrailin belə hadisələrin bir daha təkrarlanmayacağına dair zəmanət aldığı bildirilir.
İsrail hökuməti həmçinin xəbərdarlıq edib ki, oxşar pozuntular baş verərsə, şənbə günü Rəfah sərhəd keçidinin məhdud şəkildə yenidən açılmasını təxirə sala bilər.