Paşinyan Trampla görüşə BİLMƏYƏCƏK
Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ-a gözlənilən səfəri çərçivəsində prezident Donald Trampla görüşü nəzərdə tutulmayıb.
Redaktor.az xəbər verir ki, bu məlumatı baş nazirin özü yanvarın 31-də çağırılan mətbuat konfransında bildirib.
O, fevralın əvvəlində Vaşinqtonda keçiriləcək 5-ci illik Beynəlxalq Dini Azadlıq Sammitində, eləcə də Milli Namaz Səhər yeməyində iştirak edəcək.
“ABŞ prezidenti ilə görüş nəzərdə tutulmayıb. Hazırda bizim proqramımızda belə bir bənd yoxdur, amma bu, çox vacib səfərdir. Biz həmkarlarımızla məsləhətləşdik və belə qənaətə gəldik ki, mütləq gedib iştirak etməliyik”, - deyə baş nazir qeyd edib.