Putin Təhlükəsizlik Şurasını topladı
Rusiya Təhlükəsizlik Şurasının iclası keçirilib.
Redaktor.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Rusiya prezidenti Vladimir Putinin sədrliyi ilə keçirilən toplantıda terrorizmlə mübarizə işinin aspektləri müzakirə edilib.
Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov videobağlantı vasitəsilə əməliyyat müşavirəsində məruzə ilə çıxış edib.