Yunanıstan Parlamenti prezident seçkilərində ikinci turda da qalib müəyyən edə bilmədi

 18:50 31.01.2025     83

Yunanıstan Parlamentində prezident seçkilərinin ikinci turu keçirilib, lakin heç bir namizəd yetərli səs toplaya bilmədiyi üçün seçki üçüncü tura qalıb.

Redaktor.az xəbər verir ki, mart ayında səlahiyyət müddəti bitəcək Prezident Katerina Sakelaropulunun yerinə keçəcək şəxsin müəyyənləşdirilməsi məqsədilə keçirilən ikinci turda Yeni Demokratiya Partiyasının namizədi Konstantinos Tasulas, PASOK-un namizədi Tasos Yaniçis, SYRIZA-nın namizədi Luka Kaçeli və Zəfər Partiyasının namizədi Kostas Kiryaku iştirak edib.

300 nəfərlik parlamentdə 297 deputat səs verib. Tasulas 160 səslə birinci olsa da, Kaçeli 40, Yaniçis 34, Kiryaku isə 14 səs toplayıb. 52 deputat isə bitərəf qalıb.

Namizədlərdən heç biri prezident seçilmək üçün tələb olunan 200 səsə çata bilmədiyinə görə seçkilərin üçüncü turu 6 fevralda keçiriləcək.

Kənan YUSİF