Hakan Fidan və Sergey Lavrov Suriya mövzusunu müzakirə ETDİ

 19:19 31.01.2025     81

Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan, rusiyalı həmkarı Sergey Lavrov ilə telefon danışığı aparıb.

Redaktor.az xəbər verir ki, görüşdə regional proseslər və Suriya məsələsi müzakirə edilib.

Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına görə, telefon danışığında hər iki ölkənin Suriyanın siyasi birliyinə verdiyi dəstək vurğulanıb.

Tərəflər, Suriyada siyasi keçid prosesinin hərtərəfli və inklüziv olmasının vacibliyini qeyd ediblər.

Kənan YUSİF