ABŞ və Britaniya müdafiə nazirləri Ukraynanı müzakirə etdi
Pentaqonun yeni rəhbəri Pete Heqset və Böyük Britaniyanın müdafiə naziri Con Healey ilk telefon danışığında Ukrayna münaqişəsini müzakirə ediblər.
Redaktor.az xəbər verir ki, bu barədə mənbələrə istinadən "Sky News" telekanalı məlumat yayıb.
Digər məsələlərlə yanaşı, müdafiə nazirliklərinin rəhbərləri “döyüş hazırlığının” artırılmasının zəruriliyini və Birləşmiş Ştatlar və Böyük Britaniyanın ümumi məqsədi olan “güc vasitəsilə sülh”ü müzakirə ediblər.
"Sky News" mənbəsinə görə, söhbətin başqa bir mövzusunun demokratiya və azadlıq üçün artan təhlükə olduğuna inanılır.
Britaniya Müdafiə Nazirliyinin rəhbəri də Heqseti yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib və cümə axşamı gecəsi Vaşinqtonda baş vermiş təyyarə qəzası ilə bağlı başsağlığı verib.
Turan İSMAYIL