Sərxoş sürücünün vurduğu 15 yaşlı Ceyhundan acı xəbər
Türkiyənin Bursa şəhərində sərxoş sürücünün vurduğu 15 yaşlı Hasan Ceyhun Beyhanın beyin ölümü gerçəkləşib.
Redaktor.az xəbər verir ki, hadisə 26 yanvar yerli vaxtla saat 19:30 radələrində Mudanya rayonunun Çağrışan məhəlləsində baş verib.
Ceyhun Beyhan, dostları Ege Çelik və Efe Özçeliklə birlikdə futboldan sonra avtobus dayanacağına gedərkən Oktay Güleryüz idarə etdiyi avtomobillə onlara çırpılıb.
Zərbənin təsiri ilə Çelik və Özçelik yol ortasına düşüb. Beyhan isə zərbənin təsirindən 5 metr boyunca yerdə sürüklənib.
Sürücü hadisə yerindən qaçarkən, yaralılar təcili yardımla Mudanya Dövlət Xəstəxanasına aparılıb. Hadisə ilə bağlı istintaq davam edir.
Kənan YUSİF