Fələstini dəstəkləyən ölkələrdən ibarət "Lahey Qrupu" yaradıldı

 23:13 31.01.2025     82

Fələstinlə həmrəylik və İsrailə qarşı ortaq siyasətlərin hazırlanması məqsədilə Beliz, Boliviya, Kolumbiya, Kuba, Honduras, Malayziya, Namibiya, Seneqal və Cənubi Afrika tərəfindən "Lahey Qrupu" yaradılıb.

Redaktor.az xəbər verir ki, Hollandiyanın inzibati paytaxtı Laheydə keçirilən görüşdə ölkə nümayəndələri İsrailin Qəzzadakı hərəkətlərini "soyqırım" kimi qiymətləndirən ortaq bəyanat yayıblar.

Qrup, Beynəlxalq Ədalət Məhkəməsinin (BƏM) 18 iyul 2024-cü ildə İsrailin işğalının qanunsuz olduğunu və dərhal dayandırılmalı olduğunu bildirən rəyini və Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) 21 noyabr 2024-cü ildə verdiyi həbs qərarını dəstəklədiyini açıqlayıb.

Fələstinin Laheydəki səfiri Ammar Hicazi qrupun yaradılmasını məmnuniyyətlə qarşıladıqlarını bildirib.

Kənan YUSİF