ABŞ Aviasiya İdarəsinin əməkdaşları iş yerlərini dəyişməyə çağırıldı

 23:56 31.01.2025     52

ABŞ hökumətinin Personal İdarəetmə İdarəsi Federal Aviasiya Administrasiyasının (FAA) əməkdaşlarına, o cümlədən hava hərəkəti dispetçerlərinə elektron məktub göndərərək, onları işdən çıxmağa və özəl sektorda daha “məhsuldar” iş tapmağa çağırıb.

Redaktor.az xəbər verir ki, bu barədə "New York Times" məlumat yayıb.

"Biz sizi istədiyiniz zaman özəl sektorda iş tapmağa təşviq edirik. Amerikanın çiçəklənməsi insanları aşağı məhsuldarlıqlı dövlət sektoru işlərindən daha yüksək məhsuldarlıqlı özəl sektor işlərinə keçməyə təşviq etməklə əldə edilir" - qəzet əldə etdiyi e-poçtdan çıxarışlara istinad edir.

NYT-nin məlumatına görə, məktub Vaşinqtonun J.C hava limanı yaxınlığında təyyarə və hərbi helikopterin toqquşmasından təxminən 24 saat sonra göndərilib.

Məktubda bildirilir ki, FAA əməkdaşları hələ vəzifədə olarkən, ayrılmadan bir neçə ay əvvəl ikinci bir işə başlamaq hüququna malikdirlər. Bununla belə, qəzet dövlət qulluqçularının federal hökumətdə işləyərkən ikinci bir işə başlaya bilməyəcəyi qaydasını nəzərə alaraq hökumətin təklifi həyata keçirib-etməyəcəyini sual altına qoyur.

NYT xəbər verir ki, ABŞ Daxili Təhlükəsizlik Departamentinin (DHS), Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin və Ədliyyə Departamentinin rəsmiləri elektron poçtun alındığını təsdiqləyiblər. FAA rəsmiləri agentliyin məktubun tonundan "çox incidiyini" söyləyib, çünki qəzada işçilərin ixtisarının da rolu ola bilərdi.

Qəzetə görə, FAA sözçüsü şərh sorğusuna cavab verməyib.

Turan İSMAYIL