Hakan Fidan Qətərə səfər EDƏCƏK
Türkiyənin xarici işlər naziri Hakan Fidan fevralın 3-də Qətərə gedəcək.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.
Məlumata görə, səfər iki gün davam edəcək.
H.Fidan Qətərin rəsmi şəxsləri ilə görüşəcəyi, ikitərəfli və regional məsələləri müzakirə edəcəyi gözlənilir.