ABŞ Ukraynada prezident seçkilərinin ilin sonuna qədər keçirilməsini istəyir
Vaşinqton xüsusən də Rusiya ilə atəşkəs əldə olunarsa Ukraynada prezident seçkilərinin 2025-ci ilin sonuna qədər keçirilməsini istəyir.
Redaktor.az xəbər verir ki, bu barədə “Reuters“ agentliyinə ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq bildirib.
"Demokratiya ölkələrinin çoxu müharibə zamanı seçki keçirir. Məncə, bu, vacibdir. Məncə, bu, demokratiya üçün yaxşıdır. Bu, güclü demokratiyanın gözəlliyidir - potensial olaraq birdən çox namizəd ola bilər", - deyə o bildirib.