Tramp İŞİD rəhbərinin məhv edilməsi barədə tapşırıq verdi
ABŞ Prezidenti Donald Tramp Somalidə İŞİD terror təşkilatının rəhbərlərindən birinin zərərsizləşdirilməsi barədə müvafiq göstəriş verib.
Redaktor.az-ın məlumatına görə, bu barədə o, "Truth" sosial şəbəkəsində yazıb.
“Bu səhər mən hərbçilərə İŞİD-in Somalidəki terrorçularının olduqları ərazilərə dəqiq hava zərbələri endirməyi əmr etdim”, - deyə dövlət başçısı bildirib.
O, terrorçuların Somalidəki mağaralarda gizləndiyini qeyd edib.
“Zərbələr nəticəsində onların yaşadıqları mağaralar dağıdılıb və dinc əhaliyə heç bir zərər vurmadan çoxlu terrorçu məhv edilib”, - deyə Tramp əlavə edib.
Qeyd edək ki, Somalinin şimalında 100-200 İŞİD terrorçusu məskunlaşıb.