O qəzadan da sağ çıxan olmadı

 23:31 01.02.2025     83

Filadelfiyanın şimal-şərqində baş verən təyyarə qəzası zamanı hava gəmisinin göyərtəsində olan altı nəfərin hamısı həlak olub.

Redaktor.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Bildirilib ki, həlak olanlar xəstə qız, onun anası, həkim, feldşer, pilot və köməkçi pilot olub.

Xatırladaq ki, “American Airlines” aviaşirkətinə məxsus ABŞ sərnişin təyyarəsi və Quru Qoşunlarının “Black Hawk” helikopterinin toqquşmasından baş verən qəzada da sağ qalan olmamışdı.