Netanyahu və Katz ordunun yeni rəhbəri ilə bağlı razılığa gəldilər

 23:58 01.02.2025     79

İsrailin baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Katz general-mayor Eyal Zamiri ordunun Baş Qərargahının növbəti rəisi təyin etmək barədə razılığa gəliblər.

Redaktor.az xəbər verir ki, Zamirin gələn ay vəzifəsinin icrasına başlayacağı bildirilir.

Əsas namizədlərdən biri olan Zamir gələn ay Baş Qərargah rəisi Herzi Halevinin istefasının qüvvəyə minməsindən dərhal sonra vəzifəyə başlayacaq.