Türkiyə ordusundan növbəti əməliyyat - 23 terrorçu məhv EDİLDİ

 15:00 02.02.2025     86

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında yeni əməliyyat keçirib.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, əməliyyat nəticəsində PKK/YPG terror təşkilatının 23 üzvü öldürülüb.

Nazirlikdən bildirilib ki, terrorçulara qarşı mübarizə davam edəcək.