Trampın mətbuat katibi ulduza ÇEVRİLİR

 17:10 02.02.2025     130

27 yaşlı Karolin Levitt Ağ Evin tarixində ən gənc mətbuat katibi oldu. Vəzifəsinin ilk dəqiqələrindən etibarən o, özünü parlaq şəkildə göstərir.

Redaktor.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, "Bild"in ABŞ-dakı müxbiri Herbert Bauernabel onu belə qiymətləndirir:

"Bu, şir yuvasına səyahət kimi bir şeydir: Ağ Evin qərb qanadındakı kiçik mətbuat zalı, Amerikan mətbuatının elitası siyənək balıqları kimi yığışıb və suallar verməyə hazırdır. Tribunanın arxasında Karolin Levitt durur. O, heç bir kağız olmadan, güllü rəngli jaket, boynunda xaç və dağınıq dalğalı sarı saçlarla içəri girir. Mühafizəkar gözəl".

Onun çıxışını şübhəsiz ki, televizorda rəhbəri, prezident Donald Trump izləyirdi. "Z nəsli"nin ən təsirli nümayəndəsinin üzərindəki təzyiq çox böyük idi. Lakin Levitt bu sınağı parlaq şəkildə keçir.

Jurnalistlər arasında kimsə hətta heyranlıqla pıçıldayır: "O, heyrətamiz görünür!"

"Gənc mətbuat katibi liberal tənqidçilərin kəskin suallarını asanlıqla dəf edir. Onlar əsasən Tr!mpa qarşı mənfi münasibət bəsləyən mətbuatı təmsil edirlər. O, yüksək peşəkar, inamlı və hazırcavabeır. Tənqidçilər səhvlər görmədi. O, özünə nəzarətini itirmədi, ən gərgin anlarda belə gülümsəyirdi", deyə müəllif yazır.

Levitt hələ gəncliyində Donald Trumpın fanatına çevrilib. Trumpın ilk prezidentlik müddətində o, Ağ Evin media komandasında işə başlayıb və onun seçki kampaniyası zamanı Levittin kəskin müsahibələri onu namizədin gizli silahına çevirib. Onun "fake news"ə qarşı sərt hücumları şəbəkədə geniş yayılıb. CNN bir dəfə Karolinlə müsahibəni yarıda kəsir - bu, onu Trampın tərəfdarları arasında əfsanəyə çevirir.

Levitt artıq jurnalistlərlə Ağ Evin media siyasətində radikal dəyişikliklər planını bölüşüb. Onun sözlərinə görə, əsas məqsəd ənənəvi KİV-lərin monopoliyasını yeni media vasitələri - "YouTube", podkastlar, striminq platformaları və sosial şəbəkələr hesabına dağıtmaqdır. Mətbuat katibi onlar üçün Ağ Evin qapılarını qəti şəkildə açır. Başqa bir əlamətdar dəyişiklik: keçmiş prezident Co Baydenin akkreditasiyasını ləğv etdiyi 400 mühafizəkar jurnalist yenidən icazə alacaq.

"Tramp Levitti təyin edərək onu "ağıllı və sarsılmaz" adlandırdı və onun "tribunada parlayacağını" vəd etdi. Görünür, o, səhv etmədi", deyə Herbert Bauernabel yekunlaşdırır.