Həmin ailənin beşinci övladı da öldü - Ana və ata qatildir?

 18:30 02.02.2025     59

Ötən ilin sentyabrında dörd uşağın zəhərlənərək öldüyü rusiyalı bir ailənin beşinci körpəsi də vəfat edib.

Redaktor.az "Life SHOT" "Telegram" kanalına istinadən xəbər verir ki, hadisə Krasnoyarsk diyarının Krasnaya Sopka kəndində baş verib.

İlkin məlumatlara görə, uşaq yuxuda ikən qusub və boğulub. Anası onu beşikdə ölü halda tapıb. Ananın sözlərinə görə, 3 aylıq uşaq yalnız ana südü ilə qidalanıb və səhhətinə görə heç bir tibb müəssisəsində qeydiyyatda olmayıb. Ölümün dəqiq səbəbini istintaq müəyyən edəcək.

Hazırda qadına qarşı ehtiyatsızlıqdan ölümə səbəb olma faktı üzrə cinayət işi başlanıb.O, iki ilə qədər həbs oluna bilər.

Bildirilir ki, 2024-cü ildə ailənin 6, 11 və 12 yaşlı üç qızı, həmçinin 13 yaşlı oğlu həşərat dərmanından zəhərlənərək ölüblər. İstintaqın məlumatına görə, sentyabrın 20-də 34 yaşlı ailə başçısı evdəki otaqlara dərman püskürdüb. Ata uşaqları otağa buraxaraq yemək yeməyə icazə verib. Bir neçə gün ərzində dörd uşaq ölüb. Faciədən sonra uşaqların atasına qarşı ehtiyatsızlıqdan ölümə səbəb olma faktı üzrə cinayət işi açılıb. Onu 4 ilə qədər həbs gözləyir.

Qeyd edək ki, sonuncu ölüm hadisəsindən sonra valideynlərin uşaqlarını ehtiyatsızlıqdan yox, planlı şəkildə öldürməsi ehtimalı da gündəmə gəlib.

Faktla bağlı araşdırmalar davam etdirilir.