Hakan Fidan Qətərdə yunanıstanlı həmkarı ilə görüşdü
Türkiyənin xarici işlər naziri Hakan Fidan Qətərə səfəri çərçivəsində Yunanıstanın xarici işlər naziri Yorqo Gerapetritis ilə görüşüb.
Redaktor.az-ın verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN məlumat yayıb.
Qeyd olunub ki, görüşdə ikitərəfli münasibətlər, regional və beynəlxalq hadisələr müzakirə edilib.