USAID ləğv edilir
ABŞ-nin hökumətin səmərəliliyi departamentinin rəhbəri İlon Mask ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ləğvi prosesinin davam etdiyini açıqlayıb.
Redaktor.az-ın məlumatına görə, o, bu barədə özünün "X" səhifəsində yayımlanan videoda qeyd edib.
"Biz USAID-in ləğvi prosesindəyik", - deyə İ.Mask qeyd edib.
Onun sözlərinə görə, artıq USAID-in fəaliyyətini bərpa etmək mümkün deyil.
"Bu alma artıq qurdlu da deyil, o, sadəcə bir parça qurddur... Alma olmadığı üçün o, birdəfəlik atılmalıdır", - İ.Mask deyib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp USAID-in fəaliyyətini sərt tənqid edib.