Tramp bu ölkənin maliyyələşməsini dayandırdı
Cənubi Afrika Respublikasında iddia olunan insan haqları pozuntuları ilə bağlı araşdırmalar keçirilənə qədər ABŞ bu ölkəyə istənilən maliyyələşməni dayandıracaq.
Redaktor.az xəbər verir ki, bunu ABŞ-nin prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkə hesabında bildirib.
O, qeyd edib ki, CAR torpaqları müsadirə edir və əhalinin müəyyən siniflərinə qarşı çox pis davranır.
Onun sözlərinə görə, Cənubi Afrikada insan haqları pozuntusu kütləvi hal alıb və hamının gözü önündə baş verir.
“ABŞ buna dözəsi deyil. Mən bu vəziyyətin tam araşdırılması başa çatana qədər Cənubi Afrika Respublikasının istənilən maliyyələşməsini dayandırıram”, - deyə Tramp bildirib.