Keçmiş britaniyalı deputat Ukrayna ordusuna QOŞULDU

 17:35 03.02.2025     98

Keçən il Böyük Britaniyada keçirilən ümumi seçkilərdə mandatını itirmiş keçmiş mühafizəkar deputat Rusiya ordusuna qarşı mübarizədə kömək etmək üçün Ukrayna Beynəlxalq Legionuna qoşulub.  

Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, deputat Cakomo Cek Lopresti hazırda Kiyevdədir.

Əvvəllər Böyük Britaniya ordusunda çavuş kimi xidmət edən Lopresti Ukraynanın Rusiyaya qarşı müharibəsinə töhfə vermək üçün bacarıqlarından istifadə edəcək. O, qərarıyla bağlı bunları deyib.

"Noyabrda legiona qoşulmaq üçün müraciət etdim. Təcrübə və bacarıqlarımdan istifadə edə biləcəyim ən yaxşı bölməni tapmaq bir az vaxt apardı. Ukrayna ordusunda xidmət, cəsur və gözəl Ukrayna xalqına bacardığım qədər kömək etmək mənim üçün böyük şərəfdir. Onlar təkcə öz azadlıqları, müstəqil və suveren bir millət kimi mövcud olmaq hüquqları uğrunda mübarizə aparmırlar, həmçinin bizim üçün də döyüşürlər.  Əgər Putin Ukraynada qalib gəlsə, hamımız bilirik ki, o, bununla kifayətlənməyəcək. Diktatorları məğlub etmək lazımdır, yoxsa onlar heç vaxt dayanmayacaqlar",- deyə o, bildirib. 

Vasif