Sarkisyana qarşı sui-qəsdin hazırlanmasında bir neçə nəfər iştirak edib
Bazar ertəsi Moskvada "Qırmızı yelkənlər" yaşayış kompleksində baş vermiş partlayış nəticəsində ölən "Donetsk Xalq Respublikası"nın Boks Federasiyasının rəhbəri Armen Sarkisyana qarşı sui-qəsdin hazırlanmasında bir neçə nəfər iştirak edib.
Redaktor.az xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanları məlumat verib.
"İlkin olaraq Sarkisyana qarşı sui-qəsdin hazırlanmasında bir neçə nəfər iştirak edib. Hər birinin rolu əvvəlcədən təyin edilib. Müşahidə ilə məşğul olanlar və partlayışı birbaşa həyata keçirənlər də daxil olmaqla, insanlar olub", - agentliyin mənbəsi bildirib.
Turan İSMAYIL