Putin aktrisaya əməkdar artist adı verdi

 19:04 03.02.2025     75

Moskva Vilayət Dram Teatrının aktrisası Anna Snatkina Rusiya Federasiyasının əməkdar artisti adına layiq görülüb.

Redaktor.az xəbər verir ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin müvafiq fərmanı normativ hüquqi aktlar portalında dərc olunub.

“Anna Alekseevna Snatkinaya “Rusiya Federasiyasının əməkdar artisti” fəxri adı verilsin”, - sənəddə deyilir.

Prezident həmçinin Moskva Sovremennik Teatrının aktrisası Yelena Milliotini “Rusiya mədəniyyətinin və incəsənətinin inkişafındakı xidmətlərinə və uzun illər səmərəli fəaliyyətinə görə” “Mədəniyyət və incəsənətdə xidmətlərə görə” ordeni ilə təltif edib. “Rusiya Federasiyasının əməkdar mədəniyyət işçisi” adı Qnessin adına Rusiya Musiqi Akademiyasının kafedrasının professoru Vladislav Valsa verilib.

Turan İSMAYIL