17 yaşlı qız köpək balığının hücumu nəticəsində öldü
Avstraliyanın Queensland ştatında Bribie Adasında dənizdə üzən 17 yaşlı qız, köpək balığının hücumuna məruz qalaraq həyatını itirib.
Redaktor.az xəbər verir ki, rəsmilər Woorim Sahili yaxınlığında baş verən hücumda qızın bədəninin yuxarı hissəsindən ağır xəsarətlər aldığını və hadisə yerində vəfat etdiyini təsdiqləyiblər.
Təcili yardım qrupları hadisə yerinə cəlb edilsə də, qızın həyatını xilas etmək mümkün olmayıb. Woorim Sahili təhlükəsizlik tədbiri olaraq müvəqqəti bağlanıb.
Hadisə şahidlərindən Christopher Potter, bölgədə çoxlu köpək balığının olduğunu, lakin hücumun sahilə bu qədər yaxın bir yerdə baş verməsinin hamını şoka saldığını bildirib.
Bu hadisə, son 3 ayda Queensland ştatında baş verən 3-cü köpək balığı hücumu kimi qeydə alınıb.
Kənan YUSİF