Qəzzada son 24 saatda 18 nəfərin cəsədi dağıntılar altından çıxarıldı

 19:35 03.02.2025     229

İsrailin 15 aydan çox davam edən hücumlarının ardından atəşkəs əldə edilən Qəzza zolağında, son 24 saatda 18-i dağıntılar altından çıxarılan 20 fələstinlinin cəsədi xəstəxanalara təhvil verilib.

Redaktor.az xəbər verir ki, Qəzzadakı Fələstin Səhiyyə Nazirliyinin yaydığı açıqlamada, İsrail və HƏMAS arasındakı atəşkəsin 14-cü günündə ölən və yaralananlarla bağlı son məlumatlar paylaşılıb.

Bildirilib ki, son 24 saatda xəstəxanalara 20 cəsəd və 20 yaralı çatdırılıb. Həyatını itirənlərin 18-nin dağıntılar altından çıxarıldığı qeyd edilib.

Qeyd edək ki, İsrailin 7 oktyabr 2023-cü ildən bu yana Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirən fələstinlilərin sayı 47 min 518-ə, yaralıların sayı isə 111 min 612-yə yüksəlib.

Kənan YUSİF