"TAYFUN" hədəfini tam dəqiqliklə vurdu

 19:49 03.02.2025     90

Türkiyə Silahlı Qüvvələrinə məxsus "ROKETSAN"  tərəfindən hazırlanan yerli və milli "TAYFUN" raketi uzun mənzilli sınaq atışını uğurla tamamladı.

Redaktor.az xəbər verir ki, "ROKETSAN"ın baş direktoru Murat İkinci sosial media hesabında paylaşım edərək deyib: 

"Gəldi bir tufan, getdi bir #TAYFUN! Silahlı Qüvvələrimizin ən vacib vurucu güclərindən biri olan TAYFUN raketimiz, uzun mənzilli sınaq atışında hədəfini tam dəqiqliklə vurdu".

Türkiyə Prezident Administrasiyası Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün də sınağın uğurla başa çatdığını vurğulayıb:

"TAYFUN, həyata keçirilən yeni sınaq atışı ilə müəyyən edilən mənzil və dəqiqlik kriteriyalarını uğurla qarşıladı. Bu test sistemin performans parametrlərini təsdiqləyərək inkişaf prosesinə mühüm töhfə verdi. Türkiyənin uzunmənzilli raket imkanlarını genişləndirmək üçün aparılan işlər uğurla davam edir. Bu uğura töhfə verən bütün komandalara təşəkkür edirəm".

Kənan YUSİF