İsrail atəşkəsə baxmayaraq Livana hücum etdi
Livanda işğalı davam etdirən İsrail ordusu, atəşkəsə baxmayaraq ölkənin cənubundakı binaları partlayıcılarla havaya uçurdu.
Redaktor.az xəbər verir ki, İsrail ordusunun yaydığı görüntülərdə, Livanın cənubunda "Hizbullahın infrastrukturunu məhv etmək" məqsədilə bombalı dağıntılar həyata keçirildiyi iddia olunur.
İsrail ordusunun bölgədə fəaliyyətini davam etdirdiyi bildirilsə də, görüntülərin konkret hansı qəsəbə və ya kəndə aid olduğu açıqlanmayıb.
Tel-Əviv ordusu, Livanın cənubunda Hizbullahın "çox sayda silah və sursat anbarının ələ keçirildiyini" iddia edərək "genişmiqyaslı əməliyyatların davam etdiyini" bəyan edib.
Yayılan kadrlarda, kənd təsərrüfatı sahələrinə də ciddi ziyan dəydiyi görünür.
Kənan YUSİF