Türkiyədə avtomobilin vurduğu 17 yaşlı qız həyatını itirdi

 22:46 03.02.2025     79

Türkiyənin Qaziantep şəhərində yolu keçmək istəyən 17 yaşlı Fatma Zehra Özdemir avtomobilin vurması nəticəsində ağır xəsarət alıb və xəstəxanada vəfat edib.

Redaktor.az xəbər verir ki, iddiaya görə, ailəsinin avtomobilində problem baş verib və yol kənarında gözləyərkən Fatma Zehra yolu keçmək istəyib. Bu zaman İzzet A. idarəsində olan avtomobil ona çırpılıb.

Qəza nəticəsində yaralanan gənc qıza tibbi yardım briqadasının müdaxiləsinə baxmayaraq, O, Nizip Dövlət Xəstəxanasında həyatını itirib.

Fatma Zehra Özdemirin cənazəsi Akçakent kəndində dəfn edilib. Sürücü polis tərəfindən saxlanılıb və hadisə ilə bağlı istintaq davam.

Kənan YUSİF