Ərdoğan Suriyaya səfər edəcək - KİV

 09:30 04.02.2025     93

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyaya səfər edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə “Türkiyə gazetesi” məlumat yayıb.

Bildirilib ki, ölkə başçısının səfəri Ramazan ayı öncəsi planlaşdırılıb.

Nəşr yazır ki, Suriyanın yeni lideri Əhməd əl-Şaraa (Culani) Ərdoğanı rəsmi olaraq Dəməşqə dəvət edəcək.

Qeyd edək ki, Culani də bu gün Türkiyədə səfərdə olacaq.