Qərb Moskva ilə Minskin əməkdaşlığını pozmağa çalışır - Rusiya XİN
Qərb ölkələri Rusiya və Belarusla iqtisadi əməkdaşlığın qalan tellərini kəsmək üçün hər şeyi edirlər.
Redaktor.az xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci departamentinin rəhbəri Aleksey Polişçuk deyib.
"Məlum olduğu kimi, Qərbin özü də çox vaxt öz iqtisadi maraqlarına zərər vuraraq, Rusiya və Belarusdan özünü hasara alıb və əməkdaşlığın qalan tellərini kəsmək üçün hər şeyi edir. Bizə misli görünməmiş qeyri-qanuni sanksiyalar təzyiqi məruz qalır. Qərb sərhədlərimizdə aqressiv hərbi quruculuq gedir və bu, İttifaq dövlətinin təhlükəsizliyinə təhdid yaradır. Rusiya və Belarusun daxili işlərinə hüquqi təcavüz və müdaxilə cəhdləri davam edir", - o qeyd edib.
Polisçuk xatırladıb ki, Qərb nümayəndələri yekdilliklə Belarusda keçirilən prezident seçkilərini “qondarma” və “etibarsız” adlandırıblar.
Türkan İSGƏNDƏRLİ