Aİ Qrenlandiyanı Trampdan qorumaq istəyir
Avropa İttifaqı (Aİ) liderləri noyabrın 3-də keçirilən görüşdə Qrenlandiyanı ABŞ Prezidenti Donald Trampın ilhaqından qoruyacaqlarına söz veriblər.
Redaktor.az xəbər verir ki, bu barədə "Politico" yazır.
"Danimarka Krallığının ərazi bütövlüyünü, onun suverenliyini və sərhədlərinin toxunulmazlığını qorumaq bütün Aİ Üzv Dövlətlər üçün böyük əhəmiyyət kəsb edir", - Avropa Şurasının Prezidenti Antonio Kosta bildirib.
Öz növbəsində, NATO-nun baş katibi Mark Rutte, NATO-ya üzv dövlətlərə alyansın qoşunlarının mümkün yerləşdirilməsi yolu ilə Arktikanın təhlükəsizliyini təmin etməyi təklif edib.
Türkan İSGƏNDƏRLİ