ABŞ Cənubi Qafqazda sülh üçün prioritetdir - Paşinyan

 09:46 04.02.2025     74

Ermənistan Cənubi Qafqazda sülhün bərqərar olmasının ABŞ siyasi elitası üçün prioritet olacağına ümid edir.

Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumat yayıb.

Məlumata görə, Baş nazir Nikol Paşinyan Vaşinqtonda "Ermənistanı Xilas Et" təşkilatının üzvləri ilə görüşüb.

“ABŞ nöqteyi-nəzərindən Ermənistanı dəstəkləməyin ən təsirli yolunun nə olduğunu soruşsanız, deyərdim ki, Cənubi Qafqazda sülhün əldə edilməsi gündəliyinin ABŞ siyasi elitasının prioritetləri sırasına daxil edilməsi çox vacib olardı”, - o qeyd edib.

Türkan İSGƏNDƏRLİ