İsrail ordusu atəşkəsi pozduğunu etiraf ETDİ

 13:20 04.02.2025     115

İsrail ordusu Qəzza zolağının bəzi bölgələrində öz qüvvələrinə yaxınlaşdığını iddia edərək fələstinlilərə atəş açmaqla HƏMAS ilə atəşkəs razılaşmasını pozduğunu etiraf edib.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, İsrail ordusundan verilən yazılı açıqlamada, son 24 saatda Qəzza zolağının müxtəlif yerlərində ordu qüvvələrinə yaxınlaşan və təhlükə yaradan şübhəlilərin uzaqlaşdırılması iddiası ilə atəş açıldığını bildirib.

Qeyd edək ki, İsrailin 7 oktyabr 2023-cü ildə Qəzza zolağına başlatdığı hücumlarda 17 841-i uşaq, 12 298-i qadın olmaqla 47 498 fələstinli həlak olub, 111 592 nəfər yaralanıb.

HƏMAS və İsrail arasında əldə olunmuş Qəzzada atəşkəs və əsir mübadiləsi razılaşması yanvarın 19-u, bazar günü GMT vaxtı ilə 12:15-də qüvvəyə minib.

İsrail ordusu dəfələrlə razılşamanın pozulmasına baxmayaraq, atəşkəs razılaşmasına tam əməl etdiyini iddia edib.

Vasif ƏLİHÜSEYN