Stoltenberq Norveçin maliyyə naziri təyin EDİLDİ

 14:35 04.02.2025     121

Norveçin Baş naziri Yonas Qahr Stor NATO-nun keçmiş rəhbəri Yens Stoltenberqi maliyyə naziri təyin edib.

Redaktor.az xəbər verir ki, bu barədə Norveçin VG qəzeti məlumat yayıb.

Stoltenberq deyib: “Bizim üzləşdiyimiz hazırkı problemləri diqqətlə nəzərdən keçirərək, Baş nazir Storun onun maliyyə naziri olmaq xahişini qəbul etmək qərarına gəldim”.

O, ölkəyə “kritik zamanda” kömək etməyə hazır olduğunu qeyd edib və bu fürsətə görə Baş nazirə təşəkkür edib. Stoltenberq jurnalistlərin Norveç siyasətinə qayıtması ilə bağlı suallarını cavablandırmaqdan imtina edib.

Daha əvvəl Stoltenberq xatırladıb ki, ABŞ Prezidenti Donald Trampın birinci dövründə amerikalılar Şimali Atlantika Alyansında Ukraynanı öldürücü silahlar, o cümlədən Javelin raket sistemləri ilə təchiz etməyə başlayan birinci olub.

ABŞ Prezidenti Donald Tramp yanvarın 20-də baş tutan andiçmə mərasimi üçün Stoltenberqi şəxsən Vaşinqtona dəvət edib. Stoltenberq qeyd edib ki, o, “xüsusən də bu mühüm dövrlərdə transatlantik əlaqələrə sadiqdir”.

Turan İSMAYIL