İşsizlik səviyyəsi 2028-ci ilə qədər 7,5 faizə endiriləcək - Türk Nazir

 18:09 04.02.2025     82

Türkiyənin Əmək və Sosial Müdafiə naziri Vedat Işıkhan, 2028-ci ilə qədər işsizlik səviyyəsinin 7,5 faizə endirilməsinin hədəfləndiyini açıqlayıb. O, həmçinin qadınların işçi qüvvəsinə qatılma nisbətinin 40,1 faizə yüksəldilməsinin planlaşdırıldığını bildirib.

Redaktor.az xəbər verir ki, Vedat Işıkhan TRT Haber-ə müsahibəsində Milli Məşğulluq Strategiyası çərçivəsində həyata keçirilən addımlara toxunub.

O, Türkiyənin əmək bazarındakı mövcud vəziyyət və gələcək hədəfləri ilə bağlı fikirlərini bölüşüb.

Nazir vurğulayıb ki, prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə ictimaiyyətə təqdim edilən Milli Məşğulluq Strategiyası Fəaliyyət Planı, əmək bazarının dərin təhlilini apararaq gələcək üçün genişmiqyaslı yol xəritəsini müəyyənləşdirir.

Kənan YUSİF