Egey dənizində 754 zəlzələ qeydə alınıb

 18:12 04.02.2025     87

Egey dənizində 26 yanvar tarixindən bu gün Türkiyə vaxtı ilə saat 14:00-a qədər 754 yeraltı təkan baş verib.

Redaktor.az-ın məlumatına görə, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb ki, 28 yanvardan etibarən bölgədə 754 zəlzələ qeydə alınıb.

Mütəxəssislər bu hadisəni "zəlzələ fırtınası" kimi qiymətləndirir. Belə ki, bu müddətdə 1 baldan kiçik 1, 1-2 bal arası 109, 2-3 bal arası 293, 3-4 bal arası 294 və 4-5 bal arası 57 zəlzələ baş verib. Ən güclü zəlzələnin 4,9 bal olduğu bildirilib.

Kənan YUSİF