Suriyanın keçmiş daxili işlər naziri yeni hakimiyyətə təslim oldu

 19:02 04.02.2025     130

Suriya Daxili İşlər Nazirliyinin keçmiş rəhbəri Məhəmməd əl-Şaar könüllü olaraq təhlükəsizlik qüvvələri ilə əlaqə saxlayaraq yeni hakimiyyətə təslim olub.

Redaktor.az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

“Keçmiş nazir bildirib ki, o, könüllü təslim olub və Daxili İşlər Nazirliyinin qeyri-rəsmi və gizli həbsxanalara görə məsuliyyət daşımadığını, yalnız rəsmi həbsxanalara görə məsuliyyət daşıdığını vurğulayıb”, - materialda qeyd edilir.

O, 2011-2018-ci illərdə nazir vəzifəsində çalışıb.