Rusiyada məmur özünü kabinetinin pəncərəsindən atdı - VİDEO

 19:05 04.02.2025     147

Rusiyanın Federal Antiinhisar Xidməti İdarəsinin Kareliya Respublikası üzrə rəhbəri Artur Pryaxin Petrozavodsk şəhərində intihar edib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiyanın hüquq-mühafizə orqanlarındakı mənbə deyib.

Bildirilir ki, ölüm halı iş yerində qeydə alınıb. Sosial şəbəkələrdə yayılan videoda A.Pryaxinin xidməti kabinetinin pəncərəsindən düşdüyü görünür. O, beşinci mərtəbədən düşərək yerindəcə keçinib.

Fakt üzrə araşdırma aparılır.