Rusiyada rus dili və ədəbiyyatı üzrə dövlət dərslikləri yaradılmağa başlanıldı
Rus dilinin və Rusiya xalqlarının dillərinin dəstəklənməsi sahəsində dövlət siyasətinin həyata keçirilməsi şurası Təhsil Nazirliyi ilə birlikdə rus dili və ədəbiyyatı üzrə məktəb dərsliklərinin vahid xəttinin yaradılması üzərində işə başlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə Kremlin saytında məlumat verilib.
Şuranın iclasından sonra Rusiya Prezidenti Vladimir Putinin tapşırıqlarının icrasının gedişi barədə məlumatı prezidentin müşaviri və şuranın sədri Yelena Yampolskaya təqdim edib.
"Rus dili və ədəbiyyatı üzrə məktəb dərsliklərinin vahid dövlət xəttinin yaradılması üzrə Təhsil Nazirliyi ilə işə başlanılıb. Materialın təqdim olunmasına prinsipial olaraq yeni yanaşmalar müəyyən edilib, ekspert və müəllimlərlə görüşlər keçirilib", - məlumatda deyilir.
Turan İSMAYIL