Zaxarova Zelenskini manyak adlandırdı
Ukrayna Prezidenti Volodimir Zelenskinin nüvə silahlarının Ukraynaya ötürülməsi zərurəti ilə bağlı açıqlamaları onu eyni zamanda atom elektrik stansiyalarına şantaj aləti kimi baxan manyak kimi göstərir.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Telegram" kanalında yazıb.
"Zelenskinin nüvə silahına sahib olmaq istəyi ilə bağlı son açıqlamaları onun planetə xəstə fantaziyalarının obyekti kimi baxan manyak olduğunu göstərir", - diplomat vurğulayıb.
"Onlar həmçinin sübut edirlər ki, AES onun üçün dinc enerji mənbəyi deyil, Kiyev rejiminə şantaj üçün lazım olan çirkli nüvə silahıdır” - Zaxarova əlavə edib.
Qeyd edək ki, bundan əvvəl Zelenski bildirib ki, Qərb Ukraynaya nüvə silahı verməli və öz kontingentini bu ölkəyə göndərməlidir, çünki o, Kiyevi NATO-ya qəbul etmir.
Turan İSMAYIL